Tofiq Yaqublu 4 ay müddətinə həbs olunub

Müsavar Partiyasının üzvü Tofiq Yaqublu barəsində Nərimanov Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov facebook hesabında bildirib.
Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Bundan əvvəl Müsavat üzvü 2022-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























