Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilir - YENİLƏNİB

Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə şəhər icra hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektorları və bir sıra dövlət idarələrinin əməkdaşları iştirak edir.
Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər. Kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlınmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçiriblər.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, ümummilli lider Heydər Əliyev haqqında qısa film izləndikdən sonra konfrans öz işinə başlayacaq.
Konfrans başa çatdıqdan sonra ağacəkmə aksiyası və Göygöl Milli Parkı ərazisində yerləşən göllərə balıq buraxma mərasimi də keçiriləcək.
08:34
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, həmçinin kənd təsərrüfatı naziri Gəncə şəhərində səfərdədirlər.
"Report"un Qərb bürosunun məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər. Yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























