• $
  • €
  • ₽
  • ₺
  • £

Ana və uşaq ölümündə təqsirləndirilən həkim azadlıqdan məhrum edildi

Ana və uşaq ölümündə təqsirləndirilən həkim azadlıqdan məhrum edildi
28.02.2014 15:45
Xətai Rayon Məhkəməsində Respublika Perinatal Mərkəzinin ana və uşaq ölümündə təqsirləndirilən həkimi Teymur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Həsənov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək. C. Cavadlı hökmdən narazı qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib. Qeyd edək ki, ötən il mayın 14-də mərkəzdə ana və uşaq ölümü qeydə alınıb. 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. Məlumata görə, üçüncü dəfə ana olmağa hazırlaşan Maral Fətəliyeva 5 aylıq hamilə olub. Xatırladaq ki, həkim anestezioloq - reanimatoloq T. Həsənov Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmə) maddəsinə əsasən ittiham olunub. Səhiyyə Nazirliyinin ötən il hadisədən sonra yaydığı məlumatda bildirilib ki, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Amma görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizi olub. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol