• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda magistral su xəttində qəza - FOTO

Bakıda magistral su xəttində qəza - FOTO
28.02.2014 15:34
Bakı şəhərinin Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsini içməli su ilə təmin edən, Maştağa Nasos Stansiyasından Ramana istiqamətində çəkilmiş 800 mm diametrli magistral su xəttində qəza baş verib.«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar bu gün və sabah Xəzər, Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir. Qeyd edək ki, qəza magistral su xəttinin Yeni Ramana yaşayış massivindən keçən hissəsində baş verib. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra əraziyə baxış keçirilib və məlum olub ki, magistral kəmərin mühafizə zolağında fərdi yaşayış evləri tikilib. Buna görə də qəzanın aradan qaldırılması üçün əraziyə texnika cəlbində ciddi çətinliklər var. Kəmərin sağ və sol hissələri tamamilə zəbt olunduğundan texnikanı yalnız kəmərlərin üzəri ilə əraziyə cəlb etmək mümkündür. Bu isə kəmərin digər hissələri üçün əlavə təhlükə yaradır. «Azərsu» bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyektləri və digər tikililərin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol