• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan şirkətlərin rəhbəri həbs edilib

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan şirkətlərin rəhbəri həbs edilib
17.12.2023 10:54
Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan şirkətlərin rəhbəri həbs edilib.

Bu barədə  yerli mətbuat xəbər verir.

Məlumata görə, Koçi şəhərinin Kalamasseri qəsəbəsində polis və Mühacirlərin Müdafiəçisi təşkilatı tərəfindən qanunsuz işə qəbul firmalarına qarşı iki günlük əməliyyat zamanı şəhərdə iki firma bağlanıb və bir nəfər həbs edilib.

Məlumata görə, "Bhuvaneshwari Infotech” və "Manpower Consultancy” şirkətləri lisenziyasız fəaliyyət ittihamı ilə bağlanıb. Hər iki şirkətin sahibi, 42 yaşlı Pradip Kumar həbs edilib. Əsasən Azərbaycan, Polşa, Ukrayna və Kanada kimi ölkələrdə insanları işə götürmək vədi verən firmanın möhürləri, dəftərləri və iş üçün müraciət edənlərlə müqavilələr polis tərəfindən götürülüb.

Polisin məlumatına görə, hər iki şirkət işlə bağlı bir neçə müraciət edən bir neçə müştərini aldadıb. Pradip Kumar məhkəmə qarşısına çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşmanın da üzvləri həbs edilib. Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb.
Cinayət işi ilə bağlı 7 nəfər həbs olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol