Azərbaycanda 196 məktəbdə dörd min şagird peşə təmayüllü sinfində oxuyur

Hazırda Azərbaycanda 196 məktəbdə 4 min şagird peşə təmaüllü sinifdə oxuyur. Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənov deyib.
"20 məktəbdə başlayan layihə artıq 200-ə yaxın məktəbi əhatə edir. Peşə dərslərin olması üçün məktəbin təchizatı və bu dərsi deyən müəllimlərin kifayət qədər hazırlıqlı olması vacibdir. Təlimdən keçən müəllimlər şagirdlərlə birgə iş aparır. Bu istiqamət üzrə nəticələrə bir müddət sonra baxacayıq. Düşünürük bu şagirdlər əmək bazarına daha yaxın olacaqlar",- nazir müavini dekabrın 18-də "İlkin bacarıqlardan davamlı inkişafa" Peşə təmayüllü siniflərin hesabat görüşündə çıxışı zamanı deyib.
www.anews.az

Nazir müavini bildirib ki, 2026-ci ilin sonuna kimi peşə təmayüllü siniflərin fəaliyyətini 15%-ə qədər artırılacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib