Bakı sakinlərinə ödənişsiz parklanmadan yararlanmaq imkanı yaradılıb

2023-cü ilin avqustundan indiyə kimi Bakıda 17 mindən çox yeni parklanma yeri təşkil olunub. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
"Ötən il ərzində uğurlu layihələrdən biri parking sahəsində təşkilatlanma ilə bağlı icra edilib. Artıq 17 mindən çox parkalanma yeri təşkil olunub. Biz ehtiyac olan yerlərdə parklanma yerləri təşkil edirik. Bu layihə uğurla başlanıb. Parklanma zamanı ilk 15 dəqiqə pulsuzdur. Eyni zamanda axşam saat 10-dan səhərə qədər, bazar günü isə gün boyu ödəniş tələb olunmur",- Hümmətov Rəqəmsal İnkişaf və Nəqliyyatın Mobillik Proqramının təqdimatı zamanı qeyd edib.
Onun sözlərinə görə, vətəndaşın evi parklanma yerinin 100 metr yaxınlığındadırsa, o AYNA-ya müraciət edərək ödənişsiz parklanmadan yararlana bilər.
www.anews.az

"Parklanma zamanı ödəniş nağdsız həyata keçirilir. Nağd ödənişlə parklanma qəbuledilməzdir",- o əlavə edib.
Parkinq sahəsində təşkilatlanma layihəsinə bu ilin avqustunda start verilib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib