Qatarların sürət həddi bərpa olunub - ADY

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.
Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
"Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.
Dünən Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bu hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























