Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.
"Qafqazinfo”nun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev gətirilib.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev ötən ay istefa verib.
Keçən ay Rüfət Hacıyevin Xaçmaz şəhər dörd saylı tam orta məktəbdə doqquzuncu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı.
Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























