Bolt taksiləri ilə gediş haqqı bahalaşıb

"Bolt” taksi şirkəti gediş qiymətini 10 faiz artırıb. Bu barədə taksi sürücüləri anews.az-a məlumat veriblər.
Sürücüər bildirirlər ki, dünəndən etibarən qiymətlər artırılıb.
"Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən "Sputnik Azərbaycan”a bildirilib ki, 10 faizlik qiymət artımı bütün sifarişlərə şamil olunur.
Nəqliyyat eksperti Rövşən Həsənov bildirir ki, taksilərdə qiymət artımı barəsində Tarif Şurasının müəyyən etdiyi tarif yoxdursa, buna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəzarət edir.
"Bu məsələ çox güman ki, razılaşdırılmamış olmaz. Ümumiyyətlə taksi qiymətlərində tariflərin qaldırılması yəqin ki, yaxın zamanlarda müşahidə olunacaq. Bu qədər ucuz qiymətə gedilə bilməz. Düzdür, mən də artımın tərəfdarı deyiləm, amma reallıqda baxanda görürük ki, müəyyən məsafə var ki, onu avtubusla qət etdikdə taksi ilə qət edilən məsafəyə bərabərdir. Heç bir fərqi yoxdur. Nəzarət zəif olduğuna görə taksi şirkətləri istədiyi addımı ata bilir”, - o deyib.
Nəqliyyat eksperti Aslan Əsədov hesab edir ki, digər şirkətlər də qiymət artımına gedə bilər.
"Bolt şirkətinin bu addımı atması ilə gələcəkdə digər xarici və yerli şirkətlərin də qiymət artımına getməsi gözlənilən haldır. Baxmayaraq ki, ölkədə hər hansı qiymət artımı yoxdur. Nə yanacağın, nə də digər yanacaq daşıyıcılarının qiymətində təsir olmadığı halda çox güman ki, bazar iqtisadiyyatının rəqabət rentabellik prinsipinə öz gəlirlərini xarici valyutaya ekvivalent göstərmək istəyirlər”, - ekspert qeyd edib.

Hazırda "Bolt” və digər taksi xidmətlərində minimal gediş haqqı 2.50 AZN-dir.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib