Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb

Müsavat Partiyasının başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb. Bu barədə Arif Hacılı sosial şəbəkədə hesabında yazıb.
Onun sözlərinə görə, Orxan Hacılı bu gün azadlığa çıxıb.
Orxan Hacılının vəkili Nemət Kərimli bildirib ki, bu gün Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilib.
Ysamal rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Yasamal rayon Məhkəməsi Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarmışdı
2023-cü ilin oktyabrın 20-si Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə "Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, Arif Hacılı açıqlamasında bunu inkar edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























