AZAL sərnişinlərə Bakı-Naxçıvan aviabiletləri ilə bağlı xəbərdarlıq edib

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb.
Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























