Azərbaycanın xarici ticarət tərəfdaşları olan ölkələrin sayı artıb

2023-cü ilin on bir ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
Bu dövrdə xarici ticarət iştirakçılarının sayı 67 515 nəfər təşkil edib. Onlardan 57 264 nəfəri fiziki, 10 261 nəfəri isə hüquqi şəxslərdir.
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 278-i dövlət, 9 min 973 nəfəri isə özəl sektorun nümayəndələri olub.Hesabar dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 812,6 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 616 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 31 milyard 512,9 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı - 3 383 ədəd təşkil edib.
Ötən ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac, 160 ölkədən isə idxal olunub.
2023-cü ilin yanvarında Azərbaycan dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Aytac Zeynalova
2023-cü ilin yanvarında Azərbaycan dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























