Yenilənən laboratoriyaların sayı açıqlanıb

TƏBİB-in fəaliyyətində olan 78 tibb müəssisəsinin laboratoriyaları yenilənib. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
Məlumata görə, 2022-2023-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alıb.
"TƏBİB-in səlahiyyətindəki müəssisələrin 2 834-nün ilkin səhiyyə xidməti, 202-nin ixtisaslı, 10-nun isə respublika təyinatlı tibb müəssisələri var. Hazırda TƏBİB-in tabeliyində ümumilikdə 3 min 46 tibb müəssisəsinin fəaliyyət göstərir.",- Vüqar Qurbanov Qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























