Son 5 ildə ana və uşaq ölümlərinin sayı azalıb

2022-ci ildə 18 ana, 959 uşaq ölüb ki, bu da 2019-cu illə müqayisədə 3 ana, 598 uşaq azdır. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Son doqquz ildə isə ana ölümü səviyyəsi 14,4%-dən 17,8% qədər artıb.
Azərbaycanda Səhiyyə Nazirliyinin hesabatına görə, 2016-2021-ci illər arasında ana ölümlərinin sayı 121 nəfər təşkil edib. 2016-ci illə müqayisdə ana ölümlərinin səviyyəsi 13.8-dən 17.8 qədər artıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, dünyada hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür.
2020-ci ildə dünyada təxminən 287 min ana ölümü baş verib.
Ən yüksək ana ölüm göstəriciləri dünyanın ən yoxsul ərazilərində və münaqişəli ölkələrdə baş verir. 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Saharadan cənubda Afrikada baş verib.
BMT Hesabat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti ana ölümünün azaldılması üzrə qlobal məqsədlərə nail olmaq istiqamətində irəliləyişi əhəmiyyətli dərəcədə sürətləndirməlidir, əks halda 2030-cu ilə qədər daha 1 milyondan çox qadının həyatı risk altında olacaq.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























