Qarabağda 9 su anbarı yenidən qurulacaq

Qarabağda ümumilikdə su ehtiyatlarının səmərəli istifadənin təmin edilməsi məqsədilə 9 su anbarının yenidən qurulması nəzərdə tutulub. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə bildirib.
Onun sözlərinə görə, Qarabağın ümumi su ehtiyatları 2.1 milyard kub metr həcmində dəyərləndirilir.
"Agentlik artıq bu istiqamətdə 5 ədəd - Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindədir: "Anbarlar təmir ediləndən sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir. Təxminən 30 ildir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su potensialından istifadə edə bilmir. Ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək",- qurum rəsmisi bildirib.
Dünya Bankının "Ölkənin İqliminə və İnkişafına dair hesabat”da qeyd olunub ki, illər üzrə və illərarası yağıntının gələcək meyillərinin necə olacağı ilə bağlı qeyri-müəyyənlik su anbarları infrastrukturunun əhəmiyyətini artırır. Bundan başqa, qeyd olunur ki, ölkədə anbarların məkana görə paylanması qeyri-mütənasib olaraq qalır.
Azərbaycanda ümumilikdə təqribən 52 000 km-lik suvarma kanallarının və təqribən 1000 nasoslama stansiyasının daxil olduğu su infrastrukturu böyük itkilərlə xarakterizə olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























