• $
  • €
  • ₽
  • ₺
  • £

Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi

Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi
20.12.2023 15:03
Qobustan rayonunun kəndlərindən birində müəllimlər barədə şayiələr yayan şəxs məsuliyyətə cəlb edilib.

Məktəblərdən birinin direktoru, müavinləri və bir qrup müəllim iclas keçirərək kənd sakini, 1980-ci il təvəllüdlü İlqar Rəsulov (şərti) barəsində şikayət edilməsi haqda qərar qəbul ediblər.

Onların iddiasına görə, həmin şəxs həyat yoldaşını məktəbə müəllim vəzifəsinə işə düzəltmək istəyib. Lakin İ.Rəsulovun həyat yoldaşı MİQ imtahnından keçə bilmədiyi üçün vakansiyaya uyğun olmayıb. Bundan sonra İ. Rəsulov məktəbə gələrək müəllimləri və rəhbərliyi təhqir edib, həmçinin kənddə kişi müəllimlər barədə xoşagəlməz şayiələr yaymağa, onları nüfuzdan salmağa çalışıb.

Məktəbin tərtib etdiyi akt əsasında Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılıb və İ.Rəsulov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

İ.Rəsulov ifadəsində bildirib ki, həyat yoldaşı əvvəllər məktəbdə müəllim işləyib, lakin sonra işdən çıxarılıb: "Bundan sonra oğlumu kənd məktəbindən çıxarmaq qərarına gəldim və onunla birgə kitablarını məktəbə təhvil verməyə getdim. Bu zaman kitabların verilmə prosesini videoya çəkmək istəyirdim. Məktəb rəhbərliyi buna görə məndən şikayət edib”.

Qobustan Rayon Məhkəməsinin qərarı ilə ona 5 sutka inzibati həbs cəzası verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol