Toğrul Nəsirli yeni vəzifəyə təyin edilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub. Bu barədə Oxu.az məlumat yayıb.
Müvafiq əmrlə Baş DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi təyin edilib.
Adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























