Ədliyyə orqanlarına imtahan keçirilib

Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində vakant olan vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə dekabrın 20-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə növbəti test imtahanı keçirilib.
Test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin yarıdan çoxu bölgələrin təmsilçiləri, təxminən yarısı əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, həmçinin qadınlardır.
116 hüquqşünasın iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub, tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "online” rejimində birbaşa canlı yayımlanıb.
İmtahanın yekununa görə 65 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Təqdim etdiyi sənədlərə görə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən bildiriləcək.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yeni müsabiqə barədə əlavə elan veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























