37 xəstəxanada tibbi tullantılarla bağlı monitorinq keçirilib - Nazir müavini

Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvət Nazirliyinin yaratdığı işçi qrupu tərəfindən 37 dövlət və özəl tibbi müəssisəsində monitorinqlər keçirilib. Bunu səhiyyə nazirnin müavini Nadir Zeynalov deyib.
"2023-cü ilin mayında iki nazirliyinin birgə təşkilatçılığı ilə birgə işçi qrupu yaradılıb. Bu dövrdə qrupun 2 iclası keçirilib. 37 tibbi müəssisəsində monitoriqnlər keçirilib. Həmçinin maarifləndirmə işləri aparılıb. Toplanmış materiallar analiz olunaraq təkliflər verilib. Düşünürəm ki, bu istiqamətdə qanunda da bəzi dəyişiliklərə ehtiyac var", - nazir müavini dekabrın 21-də Milli Məclsidə "Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, xəstəxanalarda tibbi işçilərinin məlumatsız olması halları da aşkarlanıb.
"Bu istiqamətdə plakatlar hazırlanıb xəstəxanalara paylanılacaq. Bununla yanaşı təlimlərin keçirilməsi nəzərdə tutulur. Dünya təcrübəsindən istifadə etməklə yeni texnologiyaların gətirilməsini məqsədəuyğun hesab edirik. Həmin texnologiyalar ilə xəstəxanaların daxilində tibbi tullantıları zərərsizləşdirmək mümkün ola biləcək", - nazir müavini söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























