• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” eSIM “Asan İmza” xidmətini təqdim edir

“Azercell” eSIM “Asan İmza” xidmətini təqdim edir
21.12.2023 20:13
Azercell” bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM "Asan İmza” xidmətini təqdim edir.

Ölkədə ilk dəfə 2013-cü ildə gücləndirilmiş elektron imzanı təqdim edən "Azercell”, xidmətin texniki operatoru B.EST Solutions şirkəti ilə birlikdə müştərilərə daha innovativ, rahat və təhlükəsiz eSIM "Asan İmza” həllini istifadəyə verir.

Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM "Asan İmza” yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan "Asan İmza” mobil elektron imzanı özündə birləşdirir. eSIM "Asan İmza” istifadə etmək üçün daha fiziki SIM karta ehtiyac yoxdur.
eSIM "Asan İmza” xidmətini 3 yolla əldə etmək mümkündür:
1. https://azercellim.com/ onlayn satış platformasından;
2. istənilən "Azercell” satış ofisindən;
3. "Asan İmza” fiziki SIM nömrəsini eSIM "Asan İmza” nömrəsinə daşımaqla. Bunun üçün https://azercellim.com/ saytında istifadəçinin şəxsi imzasına alternativ olaraq SMS vasitəsilə göndərilən birdəfəlik koddan (OTP) istifadə edilir. Daşınma əməliyyatı üçün hesabda nəzərdə tutulmuş məbləğin (3.54 AZN) olması yetərlidir.
Yeni nəsil eSIM "Asan İmza” xidmətinin əsas üstünlüklərindən biri də onun daha təhlükəsiz olmasındadır. Belə ki, virtual kart oğurlana və ya itirilə bilməz.

"Asan İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2000-dən çox elektron xidmətdə istifadə olunur.

eSIM "Asan İmza” xidməti haqqında ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/plans-and-services/esim.html
Vətəndaşlar 1847 – "Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla xidmətlə bağlı suallarına cavab ala bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol