Xarici turistlər də Qarabağa səfər edə biləcək

Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də "Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri əvvəlki qaydada davam etdiriləcəkdir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyindən verilən birgə məlumatda qeyd edilib.
Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər.
Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcəkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























