• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədovun işdən çıxarılma səbəbi - VERSİYA

Tağı Əhmədovun işdən çıxarılma səbəbi - VERSİYA
28.02.2014 11:52

Tanınmış vəkil Aslan İsmayılov Metropolitenin işdən azad edilmiş rəisi Tağı Əhmədov barəsində maraqlı fikirlərlə çıxış edib.

ANN.Az Bizimyol.info-ya istinadən onun Facebook-da paylaşdığı açıqlamanı olduğu kimi təqdim edir: "Tağı Əhmədovun vəzifəsindən kənarlaşdırılması sosial şəbəkələrdə toy bayram edənləri başa düşməkdə çətinlik çəkirəm. Bir çox ölkələrdə Nazirlər kabinetini ildə bir dəfə dəyişirlər, Ukraynada bütün sistemi dəyişdilər sanki burada da oxşar hadisə baş verib. Azərbaycan məmurlarını az çox tanıdığımdan deyə bilərəm ki, Tağı Əhmədov işlədiyi sahəni bilən çox az məmurlardan biri idi. Şəxsən tanımasam da, bildiyim qədər metropoliten sahəsində sıravi maşinistdən rəhbər vəzifəsinə qədər, əziyyət çəkərək, bütün pillələri keçib. Bütün təsərrüfat sahələrində ən mürəkkəb və dəqiq iş qaydası tələb olunmasına baxmayaraq, metropolitenin digər sahələrlə müqayisədə heç də ən pisi olmasını düşünmürəm. İnsan kimi zahiri davranışında nə qədər kobud olsa da, daxilən zəngin insan olmasını iştirak etdiyim çoxsaylı mədəni tədbirlərdə görmüşəm. Telekanallarda ədəbi müzakirələr zamanı onun çıxışını dinləyənlər ədəbi mühiti yaxşı bilməsini dana bilməzlər. Başlıcası, onun vəzifəsindən kənarlaşdırılmasına, guya səbəb olan, müxbirlərlə kobud davranması da onun səmimiliyindən xəbər verir. Axı başqa məmurlar, heç bizi adam yerinə qoyub, müsahibə də vermirlər. Tağı Əhmədov isə müxbirlərlə ən çox ünsiyyətdə olan məmurlardan idi. Zənnimcə müsahibələrinin birində "28 May" metro stansiyasında Məhəmməd Əmin Rəsulzadənin təsviri olan mozaikanı sökülməsi ilə bağlı müxbirin sualına "Mən icraçıyam. Mənə desələr ki, sizin şəklinizi vurmaq lazımdır ora, onu qoyacam" səmimi cavabı onun vəzifəsindən azad olunmasına səbəb oldu. Görünür insanlar məmurlardan o qədər narazıdırlar ki, heç bir təhlil aparmadan istənilən məmurun vəzifədən kənarlaşdırılmasına sevinirlər.P.S. Hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol.Hz. Mevlana"ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol