Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var

Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, Mehdi Məmmədovun idarə etdiyi "Passat" markalı minik avtomobili ilə Əliqardaş Nəsirovun idarə etdiyi "Megan" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər, 1957-ci il təvəllüdlü Sona Məmmədova, 1958-ci il təvəllüdlü Firudin Aslanov, 1993-cü il təvəllüdlü Xəyalə Muxtarova və 2017-ci il təvəllüdlü Elif Məmmədova xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























