• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa və Suqovuşana fərdi avtomobillərlə getmək mümkün olacaq - Bu tarixdən

Şuşa və Suqovuşana fərdi avtomobillərlə getmək mümkün olacaq - Bu tarixdən
23.12.2023 15:27
Dekabrın 27-dən etibarən vətəndaşlar Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər edə biləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyindən bildirilib. 
 
"Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik,  B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaqdır. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur", - məlumatda deyilir. 
 
Fərdi minik avtomobillərini idarə edən şəxslər  "Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı,mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrut trayektoriyasından kənara çıxmamalı, yol ayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca dayanmadan son məntəqəyə qədər nəqliyyat vasitəsini idarə etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxanalarla əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

 
Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq "Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən  əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla "Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq. Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Bu barədə ətraflı məlumatı "Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.

Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də "Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri  əvvəlki qaydada davam etdiriləcək.  Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol