Stavropoldan ən çox taxıl Azərbaycana ixrac olunub

2023-cü il Rusiyanın Stavropol diyarından ən çox Azərbaycana taxıl ixrac olunub. Bu barədə Rosselxoznadzorun rəsmi saytında məlumat paylaşılıb.
Belə ki, Azərbaycana 467,296 min ton buğda, qarğıdalı, arpa, darı, yulaf və noxud, Ermənistana 116,083 min ton buğda, qarğıdalı, arpa, günəbaxan, noxud, düyü, mərci və kolza göndərilib.
Stavropol taxılı Gürcüstan, İraq, İran, Türkiyə, Pakistan, Əfqanıstan, Özbəkistan, Monqolustan, Qırğızıstan, Tacikistan və İsrail də daxil olmaqla 14 ölkəyə tədarük edilir.
Bu ilin oktyabrında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.
2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib