Azərbaycan Avropa Məhkəməsinə seçkilərlə bağlı 24 işdə uduzub

Azərbaycan seçkilərlə bağlı Avropa Məhkəməsinə 24 işdə uduzub. Bunu Report Hüquq və İnsan Haqları İnstitunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadəyə istinadan yazıb.
"Təəssüf ki, Avropa Məhkəməsi ölkəmizə qarşı qərarlar çıxaranda siyasi mövqedən çıxış edir. Hazırda Azərbaycan Avropa Məhkəməsində seçkilərlə bağlı 24 işdə uduzub. Buna əsas səbəb isə hansısa sənədlərin düzgün tərtib olunmaması və digər səbəblər olub. Düzdür, Avropa Məhkəməsi çevik bir qurum deyil. Ancaq biz onlara ölkəmizə qarşı qərarlar çıxarmağa görə səbəblər verməli deyilik”, - Quluzadə dekabrın 25-də seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
2024-cü il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiaysının son məlumatına görə, prezidentliyə namizəd üçün 15 nəfər müraciət edib. Onlardan yalnız 8 nəfərin namizədliyi təsdiqlənib. Digər 7 nəfərin namizədlik məsələsinə baxılır.
2003-cü ildən Azərbaycanda keçirilən prezident seçkilərinin qalibi İlham Əliyev olur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























