64 şagirdimiz STEAM layihəsində fərqlənib - BŞTİ

Bakı Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 64 şagirdi STEAM Azərbaycan festifalında fərqlənib, 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyə qazanıb. Bu barədə İrarədən bildirilib.
Hazırda Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 210 məktəbdə STEAM layihəsi icra olunur.
Bundan əvvəl Bakıda Elm və Təhsil Nazirliyi tərəfindən STEAM festifalı keçirilib. Festifalda 11 ölkə təmsil olunub. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışıb.
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edib.
Elm və təhsil naziri Emin Əmrullayev festivalda çıxışı zamanı 2025-ci ildə yeni təhsil standartlarının hazırlanacağını və orada STEAM-ın milli kurikulum hissəsinə çevriləcəyini qeyd edib. O bildirib ki, yeni standartlarda 3D Robotexnika Texnologiya fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq.
Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb.
STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib