YUNESKO - Bu il vəzifə borcunu yerinə yetirən 65 jurnalist öldürülüb

2023-cü il 65 jurnalist vəzifə borcunu yerinə yetirən zaman öldürülüb. Bu barədə YUNESKO-nun açıqladığı rəqəmlərdə deyilir.
Bildirilib ki, bu il xüsusilə jurnalistlər üçün ölümcül il olub və son 3 illə müqayisədə qətllər 2 dəfə artıb.
"2022-ci ildə 28, 2021-ci ildə isə 20 ilə müqayisədə 2023-cü ildə münaqişə vəziyyətində olan ölkələrdə ən azı 38 jurnalist və media işçisi iş zamanı həlak olub. UNESCO indiyədək Fələstində 19, Livanda 3, İsraildə isə 2 oktyabrın 7-dən bu yana öldürüldüyünü bildirib. Əfqanıstan, Kamerun, Suriya və Ukraynada da ən azı iki qətl hadisəsi qeydə alınıb", - məlumatda qeyd olunub.
YUNESKO-nun açıqlamasında qeyd olunur ki, jurnalistlərə qarşı təhdid formaları təhlil edilərək sənədləşdirilir. Təşkilat bildirir ki, ən çox seçki dövründə jurnalistlərə qarşı zorakılıq halları artır.
Beynəlxalq təşkilat gələn il 60-dan çox ölkədə 2,6 milyard insanın seçkiyə gedəcəyini nəzərə alaraq xüsusi narahatlığını ifadə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























