• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib

“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
25.12.2023 15:17
Mobil operator ölkə boyunca satış xidmətlərini həyata keçirən diler təmsilçiləri ilə illik yekun görüşü keçirdi. Görüş zamanı "Nar”ın satış göstəriciləri, tətbiq etdiyi yeniliklər və əldə etdiyi nailiyyətlər təqdim olunub.

Üstün müştəri məmnuniyyətinin  təmin edilməsi və sərfəli qiymət siyasəti nəticəsində "Nar” yeni qoşulan abunəçi sayı və eləcə də, ümumilikdə satış göstəricilərini yüksəltməyə nail olduğu haqqında məlumat verilib. Bununla yanaşı, 2023-cü ildə Bakı, Gəncə, Gədəbəy, Goranboy, Göygöl, Kürdəmir, Laçın, Mingəçevir, Neftçala, Qəbələ, Şəki, Şərur, Tovuz və Zərdab şəhərlərində yenilənmiş "Nar” diler mağazaları uğurla abunəçilərə təqdim olunub.

Tədbirdə Laçın rayonunda və həmçinin, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xususi nümayəndəlikləri iştirak ediblər. Dövlət rəsmiləri Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan işgüzar mühit və azad edilmiş ərazilərin biznes potensialı haqqında görüş iştirakçılarını məlumatlandırıblar.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol