• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metrosunda gediş haqqı bahalaşacaq?

Bakı Metrosunda gediş haqqı bahalaşacaq?
28.02.2014 10:55
Fevralın 27-də prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasına sərəncam verdi.Beləliklə, metropoliten kommersiya strukturuna çevrilir.Qapalı səhmdar cəmiyyəti hüquqi şəxs olan kommersiya strukturlarından biridir.Metropoliten ətrafında daima müzakirə olunan məsələlərdən biri gediş haqqı ilə bağlıdır. Uzun müddət metroda gediş haqqı 5 qəpik olub. 2009-cu ilin sentyabrında Tarif Şurasının çıxardığı qərarla həmin ilin oktyabr ayından gediş haqqı 15 qəpiyə qaldırılıb. Tarif Şurasının 2011-ci ilin noyabrında çıxardığı qərara əsasən isə həmin ilin dekabrından metroda gediş haqqı 20 qəpikdir.Metropoliten rəhbərliyi bu qiymətin də əslində az olduğu, bir sərnişinin daşınmasının 70 qəpikdən çox xərc apardığı haqda dəfələrlə açıqlamalar verib, beləliklə, gediş haqqının artırılmasına hələ zərurət qaldığını vurğulayıb.Metropolitenin statusunun dəyişməsi, kommersiya qurumuna, yəni daha müstəqil bir təşkilata çevrilməsi gediş haqqına təsir göstərəcəkmi?"Media forum" saytı xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, metropolitenin hüquqi şəxs olması metroda qiymətin tənzimlənməsi qaydasını dəyişmir:“Metroda gediş haqqı tənzimlənən qiymətlərə daxildir. Bu, o deməkdir ki, indən belə də metroda gediş haqqının məbləğini Tarif Şurası müəyyənləşdirəcək. Yəni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qiyməti özü dəyişə bilməz. Əgər cəmiyyət qiyməti dəyişmək istəsə, yenə Tarif Şurasına müraciət etməli, qərar Tarif Şurasında çıxarılmalıdır. Bir sözlə, Bakı metrosunda gedişin neçəyə olması yenə Tarif Şurasının qərarından asılı bir məsələdir”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol