Baş Prokurorluq təbii qazdan istifadə ilə bağlı əhaliyə müracət edib

Baş Prokurorluq təbii qazdan istifadə edən əhaliyə müracət edib.
Müraciətdə deyilir:
"Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. İşığı yandırmaq və söndürmək olmaz. Hər iki halda qığılcım əmələ gəlir.
- Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.
- Qaz cihazlarından istifadə edərkən əvvəl kibriti və ya digər alışqanı yandırın sonra qaz kranını açın.
- Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.
- Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdirib 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.
- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.
- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101-112 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.
- Mənzildə olan tüstü bacalarının ildə bir dəfə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.
Qaz cihazlarından istifadə zamanı qadağan edilir:
- Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurudulması;
- Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması. Məsələn kimyəvi tərkibli təmizləyici vasitələr.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























