Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkəti bərpa olunub - Yenilənib

Bakı-Pirşağı dəmir yolu istiqamətində elektrik enerjisinin verilməsi bərpa olundu.
Bu gün Bakı-Pirşağı istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21.00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

20:01
Bakı-Pirşağı-Sumqayıt qatarı Zabrat 2 istiqamətində yolda qalıb. Bu barədə anews.az-a sərnişinlər məlumat verib.
Məlumata görə, saat 19:10-da yola düşən qatar 30 dəqiqədən çox Zabrat 2 istiqamətində hərəkətsiz qalıb və saat 20:35-də yola düşüb.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları mətbuat xidmətindən anews.az-a bildirilib ki, elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.
"Bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb. Hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb.Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir", - açıqlamada qeyd olunub.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib