• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü il televiziya,radio və rəqəmsal platformanın reklam büdcəsi nə qədərdir? - Hesabat

2023-cü il televiziya,radio və rəqəmsal platformanın reklam büdcəsi nə qədərdir? - Hesabat
26.12.2023 09:46
2023-cü il Azərbaycanda televiziya, radio, açıq hava və rəqəmsal platformalarda yerləşdirilməsi, həmçinin promo reklam kampaniyaların keçirilməsi üçün reklam büdcəsi təxminən 140 milyon manat təşkil edib. Bu barədə "İKT bazarı iştirakçıları" İctimai Birliyinin yaydığı hesabatda qeyd olunub. 
 
Belə ki, bunun 46 milyonu televiziyaların, 33 milyonu rəqəmsal platformanın, 7,2 milyonu isə radionun payına düşüb. 
 
Hesabatda qeyd olunub ki, gələcəkdə bu rəqəm 160 milyona qədər arta bilər. 
 
İctimai birliyinin keçirdiyi rəy sorğusuna görə, əhalinin 76% peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15% - kabel televiziyalarının, 4% isə İPTV abunəçisidir, 3% də yerüstü rəqəmsal yayımlara tamaşa edir.
 

"Qanunsuz fəaliyyət göstərən internet OTT platformları** üzərindən televiziyaya baxanların sayı 18% çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir", - məlumatda deyilir. 

2023-cü ildə televiziyada reklama qoyulan sərmayənin payı reklama qoyulan ümumi investisiyanın 33%-ni təşkil edir. Reklam bazarının növbəti 3-5 il ərzində TV yönümlü olacağı açıqlanıb. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol