Məktəbəqədər təhsil müəssisəsinə 16 müdir təyin olunub - BŞTİ

Bakı Şəhər Təhsil İdarəsinə tabe olan məktəbəqədər təhsil müəssisələrinə 16 müdir təyin olunub. Bu barədə İdarədən bildirib.
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsi üzrə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilir.
Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Hazırda Azərbaycanda 35% uşaq məktəbəqədər təhsil proqramına cəlb edilib. 2026-ci ilə qədər bu faizin 50% çatdırılması gözlənilir.
2026-ci ilə qədər Azərbaycanda da daxil olmaqla 8 ölkədə məktəbəqədər təhsilin qiymətləndirilməsi aparılacaq.
Bundan əvvəl elm və təhsil naziri bildirib ki, məktəbəqədər təhsil proqramı istiqamətində əhatəlilik aşağı səviyyədədir. Nazirlik bu istiqamətdə ciddi işlər aparır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























