Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı artırılacaq

2026-cı ildə Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 75 minə çatması planlaşdırılır. Bunu Elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
Nazir müavini bildirib ki, Azərbaycanda əcnəbi tələbələrin və onların əhatə dairəsinin artdığı müşahidə edilir.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449 nəfər əcnəbi tələbə təhsil alıb.
2021-2022-ci tədris ilində ölkədə ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın, 2022-2023-cü tədris ili üzrə isə 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil təhsil alıb.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























