ÜST Azərbaycanı malariyadan azad ölkə siyahısına salıb

2023-cü il Azərbaycan malariyadan azad ölkə siyahısına daxil edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının başş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"2023-cü il bir çox ölkələrdə xəstəliklərlə mübarizə ili elan olunub. Belə ki, Azərbaycan, Tacikistan və Beliz malyariyadan azad ölkələr elan edilib. Qanada yuxu xəstəliyi, Benin, Mali və İraqda traxoma, Banqladeş və Laosda limfatik filarioz da daxil olmaqla, bir çox ölkədə laqeyd tropik xəstəliklər (NTD) aradan qaldırılıb", - baş direktor ilin yekunlarına dair müraciətində bildirib.
ÜST rəhbəri həmçinin COVID 19 fövqəlada halının sona çatmasının 2023-cü ilin dönüş nöqtəsi adlandırıb.
Azərbaycanda xüsusi karantin rejimi 2024-cü il aprelin 2-ə qədər uzadılıb.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib