• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş məhkumların məşğulluğa cəlb edilməsi istiqamətində maarifləndirici tədbir keçirilib

Keçmiş məhkumların məşğulluğa cəlb edilməsi istiqamətində maarifləndirici tədbir keçirilib
26.12.2023 18:15
"Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə "Keçmiş məhkumlar arasında məşğulluğu artırmaqla təkrar cinayətlərin azaldılması” layihəsini həyata keçirir.


Layihə çərçivəsində cəzaçəkmə müəssisələrində olan məhkumlar arasında maarifləndirmə tədbirləri baş tutur. Maarifləndirmə görüşlərində məhkumlara əmək fəaliyyəti zamanı çıxan problemlər, məşğulluq təminatı ilə bağlı xidmətlər, mövcud sosial və hüquqi prosedurlar haqda məlumat verilmişdir. Məhkumların məşğulluq probleminin həlli onların sosial adaptasiyasında vacib komponent hesab edilir. İşləmək və iş yeri tapmaqda çətinliklə üzləşən keçmiş məhkumlar çox hallarda təkrar cinayət törədirlər. Məhkumlar arasında məşğulluq probleminin əsas səbəblərindən biri isə onların yaradılan xidmətlər haqda məlumatsızlığıdır. Məhz layihənin maarifləndirmə komponenti keçmiş məhkumlar arasında təkrar cinayətkarlığın azadılmasını hədəfləmişdir. Görüşlər zamanı habelə müvafiq qanunvericilik aktları ilə bağlı materiallar da, paylanılıb.

Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının əməkdaşlığı məqsədəmüvafiqdir. "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən məşğulluq problemi olan və davamlı psixo-sosial yardım almayan şəxslər təkrar cinayət törətmək riskində olurlar. "Keçmiş məhkumlar arasında məşğulluğu artırmaqla təkrar cinayətlərin azaldılması” layihəsi çərçivəsində həmçinin, məhkumlar arasında məşğulluq problemi və təkrar cinayətkarlığın müqayisəli təhlilinin araşdırılması üçün sorğu da keçirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol