On bir ayda 178 şəxsə bəraət verilib

2023-cü ilin yanvar-noyabrında 143 iş üzrə 178 şəxsə bəraət verilib. Bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.
Onun sözlərinə görə,prokurluqda son illər aktiv olaraq ittihamdan imtina etmə institutundan da aktiv istifadə olunur.
"Cari ilin 11 ayında dövlət ittihamçıları özləri 3 şəxs barəsində ittihamdan imtina etiblər”, -Məmmədov söyləyib.
Məmmədov qeyd edib ki, məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində vəkillərin öz peşəkar fəaliyyətini həyata keçirməsi üçün çəkişmə prinsipi və tərəflərə bərabər imkanlar prinsipinin təmin edilməsi müsbət təsirlərini göstərib.
"Əldə olunan nailiyyətlər gələcəkdə vəkilliyin daha da güclənməsinə və ona olan etimadın yüksəldilməsinə töhfə verəcəkdir”, - vurğulayıb.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























