COVID-19-un yeni ştamının Azərbaycanda yayılması haqqında məlumat yoxdur- NAZİRLİK

COVID-19-un ABŞ-də yayılan yeni ştamının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov reporta deyib.
İnfeksionist bildirib ki, yeni "JN1” ştamı "Omikron”un altnövüdür.
"Sələfi olan "Pirola” ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələ ki bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”,- o bildirib.
2023-cü il noyabrın 20-dən dekabrın 17-dək dünyada COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlük dövrlə müqayisədə 52% artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumat verib.
2023-cü il noyabrın 20-dən dekabrın 17-dək olan 28 günlük dövr ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb.
Buna baxmayaraq, COVID-19-dan ölənlərin sayı 3 min nəfər olub ki, bu da, əvvəlki ayla müqayisədə 8% azdır.
ÜST tərəfindən COVID-19 virusunun yeni ştamı ("JN.1”) "nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq "diqqət tələb edən” variantlar siyahısına daxil edilib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib