Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq

Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni salınan yaşayış kopleksləri ilə yanaşı Mərkəzi parkın ümumi ərazisi dörd zonaya - Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq.
"Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də, ən gözəl məkanlardan biri olacaq",- o əlavə edib.
Prezident İlham Əliyev Qarabağda vətəndaşlarla görüşən zaman söyləyib ki, 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşaması planlaşdırılır.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad olunub.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























