• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi qızılca ilə bağlı növbəti dəfə əhaliyə çağırış edib

Səhiyyə Nazirliyi qızılca ilə bağlı növbəti dəfə əhaliyə çağırış edib
27.12.2023 15:17
Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirir. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb.

"Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir. Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla 1 və 6 yaşında vurulmalıdır. 6 yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”,- o əlavə edib.
 
ÜST-ün məlumatında qeyd olunur ki, 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd olunub. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
2023-cü il  6 uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Aytac 
 


 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol