Afiəddin Məmmədovun ittihamı ağırlaşdırılıb

Həbsdə olan ictimai fəal Afiəddin Məmmədovun ittihamı ağırlaşdırılıb. Bu barədə insan hüquqları müdafiəçisi Rüfət Səfərov facebook hesabında yazıb
Məlumata görə, ona qarşı yekun olaraq Cinayət Məcəlləsinin 126.2.4-cüq (qəsdən sağlamlığa zərər vurma-ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə), 228.4-cü (qanunsuz soyuq silahı əldə etmə və gəzdirmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Afiəddin Məmmədov ilk olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Bu ilin sentyabrında onun haqda həbs qətimkan tədbiri seçilib.
Afiəddin Məmmədov "Demokratiya 1918” Hərəkatının İdarə Heyətinin üzvü olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























