Bakının havasında dəm qazı normadan yüksək olub

Sutka ərzində Bakıda atmosfer havasında dəm qazının miqdarı normadan çox olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində çirkləndirici qaz qarışıqlarından Bakı şəhəri üzrə dəm qazının miqdarı normadan 1.1 dəfə yüksək müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























