Elə deputatlar var ki, kirayə haqqını çatdıra bilmir - Deputat/ VİDEO

Elə deputatlar var ki, kirayə haqqını çatdıra bilmir. Bunu deputat Siyavuş Novruzov deyib.
www.anews.az
"40 min seçicinin bir hissəsi aldığımız əmək haqqının üstündədir. Milli Məclisin deputatları hamısı biznesmen deyilki. Eləsi var heç kirayə haqqını çatdıra bilmir. Hərdən düşürlər deputatların üstünə, bizim qədər ünsiyyətdə olan ikinci adam yoxdur. İnsanlar müxtəlif problemlərlə müraciət edir. Onların problemlərini deputat öz əməkhaqqından ödüyür", - deputat musavat tv-nin efirində bildirib.
Novruzov aparıcının sualına cavab olaraq söyləyib ki, deputatların əksəriyyəti kreditdədir.
"Vətəndaş elə bilməsin ki, deputatın çətinliyi yoxdur. Elə deputatın çətinliyi də vətəndaşın çətinliyi ilə eynidir.
Deputat ayda təxmini 5 min civarında maaş aldıqlarını açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























