• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda şalvarsızların aksiyası - FLAŞMOB

Bakı metrosunda şalvarsızların aksiyası - FLAŞMOB
27.02.2014 23:25

Martın 1-də Bakının mərkəzi metro stansiyalarından biri olan “28 May” stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir  yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır. Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır.   Həmin gün Bakıda gənclər “Metroda şalvarsız bir gün” aksiyasını keçirəcək (Bakupost.az). Onlar əsasən 3 metro stansiyası – “28 May”, “Gənclik” və “Sahil”də bu flaşmobu keçirmək niyyətindədir. Belə düşünülüb ki, gənclər bu metro stansiyasına gediş-gəlişin nisbətən gur vaxtında enib işarə gözləyəcəklər. Və konkret bir saatda hər kəs şalvarını çıxarıb vaqona minəcək. Həmin gün şənbə olduğundan, flaşmobçuların çox basırığa düşəcəyi gözlənilmir. “Metroda şalvarsız səyahət” aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. “Improve Everywhere” adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir. Belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara “Bu gün şalvarımı evdə unutmuşam”, “geyinməyə vaxt çatdırmadım”, “şalvarımın üstünə kofe dağılıb” və s. kimi cavablar verirlər. Amma Bakıda bu aksiyanın nə dərəcədə effektiv olacağını demək olmaz. Azərbaycan mentalitetini nəzərə alsaq, şalvarsız gənclərin “top atəşinə” tutulacağını gözləmək də olar. Bir də ki, Bakı metropoliteninin rəhbərliyinin dəyişməsi gənclərin planlarına korrektələr gətirə bilər.   Son məlumatlara görə, flaşmob hələ ki, qüvvədədir.    İndiyə kimi dünyanın 60-dan çox şəhərində 13-cü “Metroya şalvarsız girənlər” aksiyası keçirilib. Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol