AQTA Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirir

İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq subyektində 4 220 məhsula baxış keçirilib. Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub.
Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir.
AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə Agentliyin "1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























