Lənkəranda 8 otaqlı ev yanıb

Lənkəran şəhərində 8 otaqlı ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Lənkəran şəhərinin Daştatük kəndində ümumi sahəsi 290 m² (hər mərtəbəsi 145 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 145 m² sahədən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























