Cari ildə 1000-dən çox keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub

2023-cü ildə ölkə üzrə 1000-dən çox keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış 1000-dən çox sakinin məşğulluğu təmin edilib.
2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə Nazirliyin xətti ilə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır.
Füzuli və Laçın şəhərlərində keçirilən əmək yarmarkalarında Füzulidə 20 işəgötürən tərəfindən 200 vakansiya, Laçında 16 işəgötürən tərəfindən 200 vakansiya sakinlər üçün təqdim edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























