Mədəni ölkələrdə təhsil almış insanlar içəndə belə adamı döymür - Fazil Mustafa

Mədəni ölkələrdə təhsil almış insanlar içəndə belə adamı döymür. Bunu deputat Fazil Mustafa deyib.
"Qanunda müəyyən real olması mümkün olan dəyişiliklər etmək olar. Təsəvvür edin Şərqdə qadına ilk seçim hüququ verən biz hazırda qadınlara ixtisas seçimi, hətta həyat yoldaşı seçmə hüququnu verə bilmirik. Hansısa bir qız uşağının xaricdə oxuması valideynin verdiyi qəərara bağlı olmalıdır. Bu hanmısı normal təlim tərbiyə görməməkdən qaynaqlanır. Bu cür şəxslərin çoxalması cəmiyyət üçün risk yaradır", - deputat dekabrın 30-da Milli Məclisin plenar iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat təklif edib ki, rayonlarda narkotiklərlə mübarizə üçün realibitasiya mərkəzləri yaradılmalıdır ki, insanlar bu bəladan müalicə alaraq qurtula bilsin.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























